Almatıda fövqəladə vəziyyət elan edilib


Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev Mangistau vilayətində və Almatı şəhərində fövqəladə vəziyyətin tətbiqi haqqında fərman imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“İctimai təhlükəsizliyin təmin edilməsi, asayişin bərpası, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi məqsədilə vəziyyətin gərginləşməsi ilə əlaqədar dövlət başçısı Qasım-Comərd Tokayev Mangistau vilayətində və Almatı şəhərində 5 yanvar 2022-ci il saat 01:30-dan 19 yanvar 2022-ci il saat 00:00-a qədər fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında fərman imzalayıb” -, məlumatda deyilir.
Qeyd edək ki, Qazaxıstanda yanvarın 2-dən Janaozen, Mangistau vilayətləri başda olmaqla bir sıra yaşayış məntəqələrində etirazlar başlayıb. Əhali maye qazın dəyərinin kəskin artmasına etiraz edir. Belə ki, ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb.
Qazaxıstan hökuməti Manqistau vilayətində maye qazın qiymətinin 1 litr üçün 50 təngəyə (0,11 dollara və ya 20 qəpik - red.) endirsə də, etirazlar davam edir.

DİGƏR XƏBƏRLƏR

Top