Qazaxıstanı etiraz aksiyaları bürüyüb, hökumət istefaya çağırılır - VİDEO


Qazaxıstanda əhali maye qazın dəyərinin 60 təngədən 120 təngəyə qaldırılmasına etiraz olaraq küçələrə axışıb. Yeniavaz.com xəbər verir ki, hökumət geri addım ataraq qiymət artımını ləğv edib. .

Amma bu, etiraz aksiyasının qarşısını almağa kömək etməyib, əksinə aksiyalar bütün ölkəboyu yayılmağa başlayıb.

Almatıda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Nümayişçilərə qarşı işıq və səs qumbaralarından istifadə ediblər. Hazırda etirazçılar Almata şəhərinin Respublika meydanına toplaşaraq hökuməti istefaya çağırırlar.

Ölkə üzrə internetə məhdudiyyət gətirilib, sosial şəbəkələr xüsusilə "Whatsapp" və "Telegram"ın işləməsində problemlər var.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev etirazçılardan cəmiyyətin birliyini pozmaqda maraqlı olan şəxslərin çağırışlarına uymamağı xahiş edib.
"Mən nümayişçilərdən xahiş edirəm ki, cəmiyyətimizin sabitliyinə və birliyinə xələl gətirməkdə maraqlı olan dağıdıcı şəxslərin çağırışlarına uymasınlar. Sosial-iqtisadi xarakterli digər tələblərə ayrıca, o cümlədən sabah paytaxtda keçiriləcək seminar zamanı baxılacaq", - deyə Tokayev tvitterdə yazıb. 

 

DİGƏR XƏBƏRLƏR

Top