ABŞ-da koronavirusla bağlı daha bir ilk yaşandı


ABŞ-da pandemiyanın başlanğıcından bəri ilk dəfə 100 mindən çox koronavirus xəstəsi xəstəxanalara müraciət edib,

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin son məlumatlarına görə, bu gün omikron ştammının yayılması şəraitində ABŞ xəstəxanalarında 103 min 329 nəfər COVİD-19 ilə qeydiyyata alınıb. Hazırda reanimasiya şöbələrində 18,5 min nəfər koronavirusa yoluxub ki, bu da reanimasiyada olan xəstələrin dörddə birini təşkil edir.
Qeyd edək ki, pandemiyanın başlanğıcından bəri ABŞ-da 56 milyondan çox koronavirus infeksiyası aşkar edilib, 820 mindən çox insan həmin xəstəlikdən dünyasını dəyişib. Ölkə bu iki göstəriciyə görə dünyada birinci yeri tutmaqda davam edir.
 

DİGƏR XƏBƏRLƏR

Top