Türkmənistan-Əfqanıstan sərhədində insident xəbəri ilə bağlı açıqlama


“Sərhəddə atışma ilə bağlı mətbuatda gedən xəbərlər etibarsızdır”. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Türkmənistanın Kabildəki səfirliyinin yaydığı məlumatda deyilir.
“2022-ci il yanvarın 3-də bəzi KİV-lərdə Türkmənistan-Əfqanıstan sərhədindəki vəziyyətlə bağlı təsdiqlənməmiş və etibarsız məlumatlar yayılıb”, - deyə məlumatda bildirilir.
Diplomatik missiya vurğulayıb ki, Aşqabad neytrallıq statusuna uyğun olaraq Əfqanıstanla mehriban qonşuluq münasibətləri saxlayır. Bundan əvvəl Əfqanıstanın “Haşt-e subh” qəzeti yanvarın 3-də iki dövlətin sərhədində türkmən sərhədçiləri ilə “Taliban” arasında atışma baş verdiyini yazıb.
 

DİGƏR XƏBƏRLƏR

Top