Prezidentin nümayəndəsindən qalmaqallı xəbərə açıqlama: "Görürsünüz, özüm sizə..."


Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov “Report” İnformasiya Agentliyinin əməkdaşı (İdman departamentinin rəhbəri) Elşən Məmmədovun “Facebook”da yazdığı statusa münasibət bildirib.

E.Hüseynov yazdığı şərhdə jurnalistin Ağdamdakı stadionda tamaşaçı tutumu ilə bağlı sualına cavab verərək məsələyə aydınlıq gətirib.

O, Ağdamda tikiləcək stadionun tutumu ilə bağlı 30 min rəqəmini söyləmədiyini qeyd edib:

“Elşən müəllim, salam. Məlumat üçün deyim ki, mən, Emin Hüseynov 30 min nəfərlik stadion tutumu ilə bağlı rəqəmi açıqlamamışam. “AZƏRTAC”ın müxbiri yanlış anlayıb. Onun nəzərinə çatdırdıqdan sonra yanlışlığı özü düzəldib. 15 min nəfərlik tutumu olan stadion nəzərdə tutulur. Bu, bütün beynəlxalq standartlara cavab verən həcmdir. Şəhərsalma standartlarına da tam uyğundur. Bir də qeyd etmək istəyirəm ki, heç kimdən gözükölgəliyim yoxdur və kommunikasiyaya tam açıq adamam. Görürsünüz, özüm sizə cavab yazıram. Nə qədər belə məmur tanıyırsınız? Əgər gələcəkdə də hər hansı sualınız olsa, buyurub verə bilərsiniz. Fürsətdən istifadə edib Yeni ilinizi təbrik edir, yeni ildə sizə və doğmalarınıza sağlıqlı və gözəl günlər arzulayıram. Hörmətlə, Emin Hüseynov”.


DİGƏR XƏBƏRLƏR

Top