Azərbaycanda FAKTİKİ HAVA


Yanvarın 4-ü saat 13:00-a olan məlumata əsasən bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Milli Hidrometeorologiya Xidmətindən Yeniavaz.com-a bildirilib ki, düşən yağıntının miqdarı Quba, Qusarda 5.0 mm, Xaltan, Qrız, Xaçmaz, Lerik, Şabranda 2.0 mm, Lənkəran, Astara, Biləsuvar, Salyan, Altıağacda 1.0 mm, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Qrızda 12 sm, Ağdərədə (Ordubad) 8 sm, Xaltanda 7 sm, Göygöl, Quba, Lerik, Ordubad, Qusarda 3 sm, Şahbuzda 2 sm, Sarıbaş (Qax), Gədəbəy, Altıağacda 1 sm olub.

Şimal-qərb küləyi arabir Mingəçevirdə 28 m/s, Şəkidə 25 m/s, Daşkəsən, Qobustanda 20 m/s, Şamaxıda 18 m/s, Bakıda və Abşeron yarımadasında 15-18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.0 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4°-dək isti, aran rayonlarında 0-2° şaxta, dağlıq rayonlarda 7-11° şaxta, Naxçıvan MR-da 4-10° şaxta olub.

Ölkə ərazisində 05-i gün ərzində, 06-da hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top