Xaçmazda qadın su kanalında batdı - VİDEO


Xaçmazda 51 yaşlı qadın su kanalında batıb.

Yeniavaz.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, "112" qaynar telefon xəttinə Samur-Abşeron su kanalının Xaçmaz rayonu, Arzu qəsəbəsi ərazisindən keçən hissəsində 1971-ci il təvəllüdlü Rüstəmova Səlminaz Şahbaba qızının batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top