ABŞ-da son sutkada 1 milyondan çox insan koronavirusa yoluxdu


Son sutka ərzində ABŞ-da omikron ştammının yayılması fonunda 1 milyondan çox insanda koronavirus aşkarlanıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu, pandemiyanın başlanmasından bəri bir gündə maksimum artımdır.
Əvvəlki antirekord dekabrın son günündə, həkimlərin 590 minə yaxın koronavirusa yoluxma halını müəyyən etdiyi vaxt qeydə alınıb.
“Bloomberg” qeyd edir ki, dərc edilmiş məlumatlar real vəziyyəti əks etdirməyə bilər, çünki bir çox amerikalı evdə koronavirus testləri aparır və nəticələri aparıcı statistika agentliklərinə bildirmirlər .
Qeyd edək ki, pandemiyanın başlanğıcından bəri ABŞ-da 56 milyondan çox koronavirus infeksiyası aşkar edilib, 820 mindən çox insan həmin xəstəlikdən dünyasını dəyişib.

 

DİGƏR XƏBƏRLƏR

Top