Çinin cənubundakı Quyçjou əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Penqpay” informasiya portal məlumat yayıb. İtkin düşənlərin də hamısının həlak olduğu bildirilib.
Bundan əvvəl hadisənin baş verdiyi Bijie şəhərinin rəhbərliyi 10 nəfərin öldüyü, 3 nəfərin yaralandığı və 4 nəfərin itkin düşdüyü barədə məlumat vermişdi. Hadisə rayonun inzibati mərkəzi Quiyang şəhərindən təxminən 150 km şimal-qərbdə tikinti işləri zamanı baş verib.