Fransada koronavirusun yeni ştammı aşkarlandı


Fransanın cənubunda koronavirusun yeni variantı tapılıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avstriyanın “Heute” qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, Kamerundan Fransaya qayıdan səyahətçilərdə naməlum ştamm aşkarlanıb. Mütəxəssislər istisna etmirlər ki, virusun bu variantının törədicisi bu Afrika ölkəsində geniş yayılıb. Qəzet yazır ki, testlər bütün yoluxmuş insanlarda “atipik mutasiya birləşməsini” aşkar edib.
Yeni versiya B.1.640.2 adı verilib və Marsel həkimləri tərəfindən kəşf edilib. Fransız alimlərinin araşdırmasında yeni variantda 46 mutasiyanın müəyyən edildiyi bildirilir. Bu ştamın təhlükəsi və ya yoluxma səviyyəsi məlum deyil.

 

DİGƏR XƏBƏRLƏR

Top