Azərbaycanda ana və körpəsi dəm qazından zəhərləndi


Abşeronda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü Mahmudova Zəhraxanım Azər qızı və 3 yaşlı övladı Mahmudova Lalə Toğrul qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top