Qətlə yetirilən baş-leytenantın anası: “Televizorda övladımın adı çəkildi...” – VİDEO


“Mənim balam 11 ildir Qazaxdan tutmuş, indi də Laçında bu Vətən üçün xidmət elədi. Bu Vətən üçün gecəsini, gündüzünü qarlı, buzlu otaqlarda keçirtdi. Övladımla danışandan 10 dəqiqə sonra balamı qanına qəltan ediblər. Televizorda gördüm ki, orada 3 uşağın, bir də mənim övladımın adı çəkildi”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri “Baku TV”yə ötən gün Qubadlıda qətlə yetirilən baş-leytenant Yusif İsmayılovun anası Ruqiyyə İsmayılova deyib. Mərhum zabitin digər ailə üzvləri də danışıblar.
Həmin kadrları təqdim edirik:

Qeyd edək ki, ötən gün - yanvarın 2-də Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib.

E.Əzizli hadisə yerindən qaçsa da, bu gün Laçın rayonu ərazisində saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top