Qubadlıda qətlə yetirilən gizir dəfn olundu - FOTOLAR


Yanvarın 2-də Qubadlıda hərbçi yoldaşı tərəfindən qətlə yetirilən kiçik gizir İbrahimov Rəfail dəfn olunub.
Yeniavaz.com
xəbər verir ki, Mingəçevirdən olan 22 yaşlı gizirin cənazəsi yaşadığı ünvana - Mingəçevir şəhər R.Rza küçəsindəki mənzilinə gətirilərək daha sonra şəhərdəki qəbiristanlıqlardan birində dəfn olunub.
Dəfn mərasimindən fotoları təqdim edirik:




Qeyd edək ki, ötən gün - yanvarın 2-də Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib.

E.Əzizli hadisə yerindən qaçsa da, bu gün Laçın rayonu ərazisində saxlanılıb.

Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top