Ramiz Abutalıbovun nəşi Moskvadan Bakıya gətirilib - YENİLƏNİB


Tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun nəşi Bakıya gətirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA-ya rejissor Tahir Tahiroviç məlumat verib.
O bildirib ki, görkəmli diplomatla vida mərasimi sabah saat 12:00-da Təzə Pir məscidində baş tutacaq.
R.Abutalıbov II Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, R.Abutalıbov yanvarın 1-də axşam saatlarında Moskvada uzun müddətdir ki, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

***15:14
Yanvarın 1-də Rusiya paytaxtında vəfat edən tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun nəşi dəfn olunmaq üçün Vətənə yola salınıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, mərhumun nəşi bu gün Moskvanın Domodedovo hava limanından Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə Moskvadan Bakıya göndərilib.
Ramiz Abutalıbov yanvarın 1-də axşam saatlarında Moskvada uzun müddətdir ki, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Görkəmli diplomat sabah Bakıda II Fəxri xiyabanda dəfn olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top