Hərbçimiz Kəlbəcərdə minaya düşdü - YENİLƏNİB

Baş Prokurorluq da minaya düşən hərbçi ilə bağlı məlumat yayıb.

Bildirilib ki, bu gün saat 17 radələrində Kəlbəcər rayonu ərazisində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu,əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alması barədə məlumat daxil olub.

Müəyyən edilib ki, hərbi qulluqçuya təxliyyə edildiyi hərbi tibb müəssisəsində “partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulub.

Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.

***23:03
Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi minaya düşüb.

Yeniavaz.com haqqin.az-a istinadən xəbər verir ki, insident Kəlbəcər rayonunun Zülfüqarlı kəndində baş verib. 

Məlumata görə, sözügedən hərbçi Gəncədəki hospitallardan birinə çatdırılıb. Həkimlər hərbçinin ayağını amputasiya etməli olub.

DİGƏR XƏBƏRLƏR

Top