
Türkiyənin tanınmış şoumeni və teleprodüseri Acun Ilıcalı İngiltərənin futbol klubu “Hall City”ni satın aldığını rəsmən açıqlayıb.
Acun Ilıcalı iştirak etdiyi TV proqramlarının birində deyib ki, İngiltərə çempionatında çıxış edən “Hull City” komandasını aldım: "Buradakı bütün azarkeşlərimizə və tamaşaçılarımıza səslənirik. “Hull City”nin “Instagram” hesabını izləsinlər".
Acun Ilıcalının bu çağırışından sonra “Hall City”nin “Instagram” hesabında izləyicilərinin sayı 290 mindən 411 minə yüksəlib.
Tətbiqimizi yükləyə bilərsiniz