Elmar Məmmədyarovun atası - akademik Məhərrəm Məmmədyarov vəfat etdi - DOSYE


Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri, akademik Məhərrəm Məmmədyarov 98 yaşında vəfat edib.

Yeniavaz.com  xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.

Məlumat üçün bildirək ki, Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovun atası olan Məhərrəm Məmmədyarovun anası Cəvahir xanım Naxçıvanın məşhur ailələrindən olan Kəlbalıxanovlardandır.
Elmar Məmmədyarovun anası İzida İbrahimbəyova isə Şamaxının məşhur ailələrindən olan İbrahimbəyovlardandır. Elmar Məmmədyarovun ana babası Fuad İbrahimbəyov Azərbaycanda eksperimental psixologiyanın əsasını qoyan tanınmış psixoloqdur. Fuad İbrahimbəyov qardaşı isə Respublika Coğrafiya Cəmiyyətinin üzvü, coğrafiya elmləri doktoru Məmmədibrahim İbrahimbəyovdur. Məmmədibrahim İbrahimbəyovun övladları isə tanınmış yazıçı, nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor Rüstəm İbrahimbəyov və Maqsud İbrahimbəyov qardaşlarıdır.
Məhərrəm Məmmədyarov Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli alim 1970-ci ildə “Neft-kimyası” ixtisası üzrə kimya elmləri doktoru elmi dərəcəsini, 1971-ci ildə isə professor elmi adını alıb. 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.

 

DİGƏR XƏBƏRLƏR

Top