Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Dövlət Təhlükəsizliyi bölməsinin keçmiş rəisi Qriqori Ayrapetov yanvarın 1-də İrəvandakı mənzilində 55 yaşında vəfat edib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Qriqori Ayrapetov 1991-2018-ci illərdə Ermənistan liderlərinin təhlükəsizliyinə cavabdeh olub.
O, Ermənistanın üç prezidentinin və hazırkı baş nazir Nikol Paşinyanın təhlükəsizliyini təmin edib.
Ayrapetov 2019-cu ilin oktyabrında tutduğu vəzifədən azad edilib.
Ermənistan mətbuatı qeyd edir ki, Qriqori Ayrapetov 2018-ci ilin sentyabrında Düşənbədə İlham Əliyev və Paşinyanla eyni liftdə olan yeganə şəxs olub. Ermənistanda müxalifət iddia edir ki, Nikol Paşinyan liftdə Azərbaycan prezidentilə görüş zamanı ölkənin maraqlarına zidd olan öhdəlik götürüb. Bu hadisə Ermənistan mətbuatında "lift danışıqları" olaraq tez-tez gündəmə gətirilir. Ermənistan mətbiuatı yazır ki, "lift danışıqları"nın yeganə şahidi 55 yaşında vəfat edib.