Yeni il gecəsi Parisdə 800 nəfər maskaya görə cərimələndi


Fransa polisi yeni il gecəsi maska ​​rejimini pozduqları üçün 800-ə yaxın adamı cərimələyib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə BFM telekanalı paytaxt polisindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, Paris hakimiyyəti dekabrın 31-də COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar şəhərin küçələrində maska ​​rejimi tətbiq edib. Hazırda 11 yaşdan yuxarı bütün əhali üçün maskaların taxılması məcburidir. Velosipedçilər, motoristlər və açıq havada idmanla məşğul olan insanlar istisnadır.
 

DİGƏR XƏBƏRLƏR

Top