Denis Prokopenko: "Rusiya Ukraynaya bu istiqamətdən hücum edə bilər"


 “Rusiya Ukraynaya hücum edərsə, əsas zərbə Donbassdan deyil, ən sürətli marşrutdan həyata keçiriləcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ukraynanın “Azov” alayının komandiri Denis Prokopenko “NTA” telekanalına açıqlaması zamanı deyib.  
Onun sözlərinə görə, belə bir hücum Bransk-Kiyev istiqamətində endirilə bilər. 
“Çerniqov vilayətində sərhəddən Kiyevə qədər olan məsafə 200 kilometrdən azdır, buna görə də, bu Ukrayna paytaxtını ələ keçirməyin və hakimiyyəti kapitulyasiyaya məcbur etməyin ən sürətli yoludur”, - deyə komandir vurğulayıb.

 

DİGƏR XƏBƏRLƏR

Top