Goranboyda yol qəzası olub, xəsarət alan var


Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" və "Hyundai" markalı minik maşınları toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top