Bakıda çay evində adam öldürüldü


Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə dekabrın 31-də saat 22 radələrində Mircəlal küçəsində yerləşən çay evlərinin birində Bakı şəhər sakini Fikrət Hüseynovun öldürülməsi barədə məlumat daxil olmuşdur.

Daxili İşlər Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhər sakini C.Atəşzadənin münaqişə zəminində F.Hüseynovu kürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Atəşzadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.

Faktla bağlı cinayət işi başlanılmışdır.

DİGƏR XƏBƏRLƏR

Top