Bakı-Qazax yolunda 40 maşın toqquşdu, 1 ölü 15 yaralı - VİDEO - YENİLƏNİB


Bakı-Qazax magistralında 40-a yaxın maşının iştirakı ilə baş verən zəncirvarı qəza ilə bağlı yeni məlumatlar var.

Yeniavaz.com xəbər verir ki, hadisə magistiralın 113 –cü km-də, Hacıqabul şəhərinin ərazisindən keçən yerdə baş verib. 

Hadisə nəticəsində 1 nəfər ölüb,15 nəfər yaralanıb.

Hadisə yerindən foto və videonu təqdim edirik.

 


***11:16
Bakı-Qazax magistralında ağır yol qəzası baş verib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Bakı Qazax magistralın Hacıqabul rayonu ərazisindən keçən hissəsində 40-a yaxın avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib. İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralılar var. Əlavə məlumat veriləcək.
 

DİGƏR XƏBƏRLƏR

Top