"Paşinyanın devrilməsi bizə sərf etmir, onun tutduğu yol düzdür" - Deputat


"Açığını deyim ki, Paşinyanın devrilməsi bizə sərf etmir. Bu posesi sona çatdırmaq lazımdır. Əlbəttə, Paşinyan erməni cəmiyyəti və müxalifət qarşısında müəyyən şüarlar söyləyə bilər. Amma onun tutduğu yol düz yoldur. O mənada ki, Azərbaycan və Türkiyə ilə münasibətləri bəlli səviyyəyə çatdırmaq, əlaqələr qurmaq istəyir".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri azpolitika.info saytına müsahibsəində millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, Paşinyanın devrilməsində Qərbin də marağı yoxdur:
"Rusiya dövləti və digər qüvvələr ola bilsin ki, Paşinyana müəyyən təzyiqlər etsin. Ən ağır vaxtda Paşinyan seçkilərə getdi və qələbə qazandı. Yəni etimad əldə etdi. Aydındır ki, Koçaryana və ya Sarqsyana bağlı qüvvələr müəyyən təxribatlar törədə bilərlər. Eləcə də sərhəddə bəlli təxribatların olması mümkündür. Lakin “dəmir yumruq” hazırdır və lazım olanda bunun dadını görəcəklər.

Araik Arutunyanın fəallaşmasına gəldikdə, onlar başa düşürlər ki, məsələ bitib. Xankəndi daxil olmaqla məlum ərazilər Azərbaycanın suveren torpaqlarıdır və Qarabağ iqtisadi zonasına daxildir. Sabah həmin ərazilərdə Azərbaycanın dövlət atributları olanda, bayrağımız dalğalananda Araik orada qala bilməz. Araikin yerinə Azərbycan vətəndaşı olan bir başqası işləyəcək. Belə məsələlər var və onlar bunu anlayırlar".

DİGƏR XƏBƏRLƏR

Top