Bu marşrutların hərəkət istiqaməti dəyişdirilir - SİYAHI


Bakıda bayramla əlaqədar bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə BNA məlumat yayıb.
Məlumata görə, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramının təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə Azneft, Dənizkənarı bulvar – Neftçilər prospekti boyunca kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulduğundan bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.
1, 2, 4, 5, 6, 10, 18, 21, 30, 32, 46, 49, 53, 59, 61, 65, 88, 125, 127, 175, 205, M3 və H1 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top