Ağdamda ekskovator sürücüsü tank əleyhinə minaya düşüb


Dekabrın 29-da Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində təmir işləri aparılan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator ilə sürücü 1978-ci il təvəllüdlü Vurğun Məmmədov tank əleyhinə minaya düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağdam Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, nəticədə ekskovatora ziyan dəyib, sürücü hər hansı xəsarət almayıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top