Saakaşvili nikahdankənar qızının olduğunu etiraf edib - FOTO


Gürücüstanın hazırda həbsdə olan keçmiş Prezidenti Mixeil Saakaşvili ilk dəfə nikahdankənar qızının olduğunu etiraf edib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə feysbukda yazdığı Yeni il təbrikində bildirib. Saakasvili qızı Elis Mariya Saakaşvilinin müğənni anası Sofiya Nijaradze ilə birlikdə 31 dekabr axşamında Birinci kanalda yayımlanan bayram konsertində iştirak edəcəyini yazıb.
Sabiq prezident qızı və onun anası S.Nijaradzenin səhnədə çəkilən birgə fotolarını da paylaşıb.
Qeyd edək ki, Saakaşvili 1993-cü ildə Sandre Rulovsla evlənib və onların Eduard və Nikoloz adlı iki oğlu var var.
Sabiq prezident bu ilin oktyabrında Ukrayna parlamentinin deputatı Yelizaveta Yasko ilə də sevgi münasibətində olduğunu açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top