Bayden və Obamanı öldürmək istəyən şəxs həbs edildi


ABŞ prezidenti Co Baydeni və ABŞ-ın keçmiş prezidenti Barak Obamanı öldürmək niyyətində olan silahlı şəxsi həbs edilib.
Yeniavaz.com
“Haber Türk”ə istinadla xəbər verir ki, bu barədə ABŞ hökuməti xəbər yayıb. Verilən məlumata görə, Kaliforniyada supermarket işçisi olan 25 yaşlı Kuaçua Brilionun üzərindən AR-15 tüfəngi və bir çox tanınmış şəxsin adı yazılan siyahı tapılıb. Kuaçua bildirib ki, siyahıdakı adları onları öldürmək məqsədilə yazıb.
Sözügedən siyahıda Bayden və Obama ilə yanaşı, “Facebook”un (indiki Meta) qurucusu Mark Zukerberqin və ABŞ-ın baş infeksion xəstəliklər üzrə mütəxəssisi Entoni Faucinin də adı var.
 

DİGƏR XƏBƏRLƏR

Top