“Rusiyanın "G-7"yə qayıtması indi mümkün deyil” – Almaniya XİN


“İndiki gərgin vəziyyətdə Rusiyanın “Böyük-7”liyin ("G-7") sırasına qayıtması mümkün deyil”.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib. O, həmçinin Krım yarımadasını ilhaq etməklə Rusiyanın özünü bu qrupdan kənarda qoymasının üzücü olduğunu bildirib.
Qeyd edək ki, “G-7” qrupu Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın daxil olduğu iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin birliyidir. Əsas məqsədlər qlobal siyasi və sosial problemlərin həlli yollarını tapmaqdır.
 

DİGƏR XƏBƏRLƏR

Top