Putin şəxsi maşınlarda texniki baxışın ləğvi ilə bağlı qanunu imzaladı


Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasında şəxsi avtomobillərin icbari müntəzəm texniki baxışını ləğv edən qanunu imzalayıb. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub. Qanun dekabrın 22-də Dövlət Duması tərəfindən qəbul edilib və dekabrın 24-də Federasiya Şurası tərəfindən təsdiqlənib.
Beləcə Rusiya vətəndaşlarının mülkiyyətində olan və onların yalnız öz ehtiyacları üçün istifadə etdikləri avtomobil və motosikletlər texniki baxışdan azad ediləcək.
Eyni zamanda, bu prosedur taksi və sərnişinlərin daşınması üçün istifadə olunan digər avtonəqliyyat vasitələri, habelə biznes məqsədləri üçün istifadə olunan şəxsi avtomobillər üçün məcburi olaraq qalacaq. Bundan əlavə, buraxılış ili 4-dən yuxarı avtomobil və motosikletlər satıldıqda və qeydiyyata alındıqda, həmçinin nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edildikdə icbari texniki baxışdan keçmək məcburi olacaq.

 

DİGƏR XƏBƏRLƏR

Top