Məmməd Ağayev işdən çıxdı


Məmməd Ağayev Moskva Satira Teatrının direktoru vəzifəsindən öz xahişi ilə çıxıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə teatrın bədii rəhbəri Sergey Qazarov məlumat verib.

Qeyd edək ki, bundan əvvəl Moskva meriyasının rəsmi saytında Moskva Dram Teatrının Moskva Akademik Satira Teatrına qoşularaq yenidən təşkil olunduğu barədə xəbər dərc olunub.

“Bəli, düzdür. Mən onun getməsini istəməzdim, amma bu, onun qərarı olub. O, teatrımızı ən yaxşı formada saxlayan böyük, ciddi idarəçidir”, - Qazarov teatrların birləşməsinə həsr olunmuş iclasda deyib.

Onun sözlərinə görə, yeni direktor kimin olacağı hələ məlum deyil.

Qeyd edək ki, Məmməd Ağayev 1992-ci ildən Moskva Satira Teatrının baş direktoru vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top