"Qaça-qaça gəlib maşında oturdu ki, bura erməni postudur" – VİDEO


Ötən gün Ağdamda ermənilərin yaraladığı “Bakcell” MMC-nin əməkdaşı Anar Rəhimli başına gələnlər barədə danışıb.
Yeniavaz.com
xəbər verir ki, o, hadisə bağlı jurnalistlərin suallarını cavablandırıb.
A. Rəhimli bildirir ki, hadisə saat 2 radələrində olub:
“Qarşımıza post çıxdı, maşını saxladıq şlaqbaumun qabağında. İş yoldaşım düşdü ki, görsün kim var. Sonra qaça-qaça gəlib maşında oturdu ki, bura erməni postudur. Onlar avtomatdan atmağa başladı. Güllənin biri qoluma dəydi, sümüyüm sındı. Artıq sükanı döndərə bilmədim”.
Həkimlər bildiriblər ki, yaralının vəziyyəti sabitdir və onun tezliklə evə buraxılacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top