
Ötən gün Ermənistana təhvil verilən beş hərbçidən biri - Arman Xaçatryan saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, məlumatı Ermənistan İstintaq Komitəsi “News.am”a təsdiqləyib.
İstintaq Komitəsinin məlumatına görə, o, vəzifə qaydalarını pozmaqda ittiham olunub.
Xatırladaq ki, Azərbaycan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq 29 dekabr 2021-ci il tarixdə Macarıstan Respublikasının vasitəçiliyi ilə 5 nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.