Tanınmış pediatr doğum evlərindəki süni qidaların fəsadlarından yazdı


Sumqayıt Hospitalda həkimin yazdığı “Humana” adlı suni qidanın 10 günlük körpəyə allergik reaksiya verdiyi iddia olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə pediatr Aytən İsmayılzadə öz feysbuk hesabında paylaşım edib. 
“Sumqayıt hospitalda körpəyə “Humana” yazılıb və anaya “üç saatdan bir ver” deyilib. Uşaqda indi allergik səpkilər yaranıb. Anada isə “südüm yoxdu”, “sağıram güclə 50 ml süd çıxır” fikirləri var. Halbuki 50 ml sağılan süd əladır, ardı var deməkdir və on günlük körpəyə tam bəsdir. Nə deyim... Allah cəzanızı versin deyim? nə deyim?.. Körpəni, ailəni, ananı uşaq dünyaya gələn kimi problemə soxanlar, sizi heç problemdən qurtulmayasınız. Amma belə olmayacaq. Sizin də axrınız gələcək. Doğum evlərindən rədd olacaqsınız. Qutularınızla, bankalarınızla cəhənnəm olacaqsınız. Bəs neoanotoloqlar necə olacaq? Onlar da yəqin cərimələnəcəklər və suyu süzülə-süzülə doğum otaqlarına girəcəklər. Körpənin yemək məsələsini isə süd vermə məsləhətçiləri və analar özləri həll edəcək. Bundan ötrü ali təhsil diplomuna ehtiyac yoxdur.”, - deyə paylaşımda qeyd olunub. 
O, həmçinin sözügedən paylaşımda doğum evlərindəki suni qidadan da bəhs edib:
“Son dönəmlərdə doğum evlərində üç süni qida var: “Nutrilak”, “Similak” və “Friso”. “Nutrilak” və “Similak”ın ikisi də eyni şirkətə məxsusdur. “Similak” süni qida kimi guya superdi və "BMP", "German hospital"  kimi VIP klinikalarda qoyulub. “Nutrilak” isə rayonların doğum şöbələrində, "Respublikanski"də qoyulub.  Təzəlikcə eşitdiyimə görə, “Humana”nı da bu şirkət alıb və doğum evlərinə yerləşdirib.  Yəni eyni şirkətin hər hansı üç qidasından biri alınsa bir adamın cibinə gedir. Amma yenə deyirəm, sonunuz yaxınlaşır. Hər şey araşdırılacaq”.
Məsələ ilə bağlı "Sumqayıt Hospital"la əlaqə saxladıq. Hospitaldan telefonda açıqlama verilmədiyini əsas gətirərək sorğumuzu cavablandırmaqdan imtina etdilər.

DİGƏR XƏBƏRLƏR

Top