Mingəçevirdə Həmrəylik Günü və Yeni il qeyd olundu – FOTOLAR



Bu gün Mingəçevirdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram şənliyində İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların, mətbuat və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbirdə çıxış edərək mingəçevirliləri və şəhərimizin qonaqlarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edərək onlara ən xoş arzularını bildirib. Daha sonra o, Vətən müharibəsində şəhid olmuş döyüşçülərin xatirəsini yad edib və döyüşlərdə yaralanaraq qazi olmuş vətəndaşlarımıza cansağlığı, sağlam həyat arzulayıb.
O, həmçinin 2021-ci ilin Azərbaycan Respublikası və Mingəçevir şəhəri üçün uğurlu il olduğunu bildirib və bu ildə əldə olunan nailiyyətlərdən bəhs edib:
“2021-ci il ərzində şəhərdə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib və insanların məmnunluq hisslərini artırmaq məqsədilə yeni park və xiyabanlar istifadəyə verilib. Bundan əlavə, sakinlərin arzu və istəklərini nəzərə alaraq məhəllələrdə nümunəvi istirahət guşələri yaradılıb. Bütün bu tədbirlər isə 2022-ci ildə də daha yüksək səviyyədə davam etdiriləcək”.
İcra başçısının çıxışından sonra tədbirin aparıcıları qonaqları salamlayaraq musiqili proqramla tədbiri davam etdiriblər. Şaxta baba və Qar qızın şənliyi canlandırmasından sonra isə tədbirdə Mingəçevir Şəhər 11 saylı Musiqi məktəbinin müəllim və şagirdləri də tədbirdə çıxış edib.
Bunlarla yanaşı, bu gün Şəhər Mərkəzi xəstəxanasının nəzdində olan Uşaq Sağlamlıq Mərkəzinin 23 nəfər fiziki cəhətdən qüsurlu uşaqlarına da Mingəçevir şəhər İcra Hakimiyyəti hədiyyələr təqdim edib.






Esmira Hidayətova, Mingəçevir

 

DİGƏR XƏBƏRLƏR

Top