Çoxunuz avtomobilin sadə mexanizm olduğunu düşünür. Ancaq bu sadə mexanizmdə bir səhv hərəkət, bir səhv detal qəzaya, hətta ölümə səbəb ola bilər. Ona görə də avtomobilimizə qulluq edərkən hər bir detala ayrıca diqqət göstərməliyik.
Bu gün avtomobil ehtiyyat hissələri ilə bağlı suallarımızı “Avtodetal” Mağazalar Şəbəkəsinin Kredit Şöbə müdiri Vüsal Şirməmmədov cavablayır.
– Vüsal bəy, ehtiyyat hissələri seçərkən əsas meyar olaraq nə götürülür? Nəyə diqqət etmək lazımdır?
– Müştəri gələrkən ehtiyyat hissələri haqqında tam dolğun məlumatı olmaya bilər. Məsələn, bir maşın markasının detallarını digər maşın markasına yerləşdirmək bir çox halda təhlükəli ola bilir. Əgər müştərinin bu barədə məlumatı azdırsa, təcrübəli kollektivimiz tərəfindən ona köməklik göstərilir.
– Əksər müştərilərin istəyi: Ucuz, keyfiyyətli, orijinal olsun. Bunu nə dərəcədə gerçəkləşdirə bilirsiniz?
– İstənilən halda orijinal məhsul yan sənaye məhsulundan keyfiyyəti ilə fərqləndiyi kimi qiyməti ilə də fərqlənəcək. Məsələn, bir orijinal məhsulun bazar qiyməti 100 manatdırsa, siz bunu 50 manata necə ala bilərsiz? Demək ki, bu yan sənaye məhsuludur. Biz “Avtodetal” Mağazalar şəbəkəsi olaraq orijinal məhsullara üstünlük veririk. İllərin təcrübəsinə dayanaraq xaricdən məhsul gətirərkən orijinal olmasına diqqət yetiririk. Ancaq müştərilərin tələbatını nəzərə alırıq. Orijinal məhsullarla yanaşı, yan sənaye məhsulları olsa da belə tanınmış, keyfiyyət göstəriciləri üstün olan detalların satışını da gerçəkləşdiririk.
-Hazırda şirkətin bütün ölkə üzrə 8 filialı fəaliyyət göstərir: Babək, Yasamal, Biləcəri, Mikrorayon, Neapol, Bakıxanov, Sumqayıt, Masallı. Avtomobili olan insanlar sizin iş fəaliyyətinizə gözəl bələddir. “Avtodetal” Mağazalar Şəbəkəsinin Kredit Şöbə müdirisiniz. Bəs müştəriləriniz üçün hansı kredit şərtləriniz var?
– Təbii ki, inkişaf yolu tutan şirkətlərin hər zaman cari və perspektivə hesablanan projeləri olmalıdır. Biz hazırda ehtiyat hissələrinin kreditlə satışını da həyata keçiririk. Belə ki, istənilən ehtiyat hissəsini ilkin ödənişsiz, komissiyasız, yerində sənədləşmə ilə və 18 ay müddətinə kreditlə əldə etmək də mümkündür. Həmçinin istənilən məhsulu, xüsusilə, çətin tapılan məhsulları sifarişlə də gətirə bilirik.
Əlavə olaraq, onu da qeyd edim ki, hal-hazırda Dekabr ayının 25-dən Yanvar ayının 8-nə kimi kredit kampaniyası gerçəkləşdiririk. Müştərilərimiz istənilən məhsulu 6 aylıq kreditlə ala bilər. Götürülən krediti 7 aylıq ödəmə şəklində edəcəklər. 7-ci ayın kredit faizindən isə azad olacaqlar. Beləliklə, müştərilərin aylıq ödənişlərinin həcmi azalır. Yeni ildə bu kredit şərti müştərilərimiz üçün lazımlı kampaniyadır. Artıq müsbət geridönüşlər də əldə etmişik.
– İnternet dövrüdür. Onlayn xidmətiniz mövcuddur mu?
– İnternet dövrümüzün tələbidir. Əlbəttə, onlayn xidmətlərimiz də mövcuddur. Müştərilərimiz sırf kreditlə bağlı məhsulu onlayn şəkildə, evdən çıxmadan sifariş verə və bütün məhsulları onlayn əldə edə bilər. Saytımız isə hazırlanma mərhələsindədir. Tezliklə istifadə üçün müştərilərin ixtiyarına veriləcək.
– “Avtodetal” Mağazalar Şəbəkəsi gələcəkdə müştəriləri üçün nə kimi yeniliklər planlayır?
– Keyfiyyət və yüksək xidmət amilinə xüsusi diqqət yetiririk. Müştəri məmnunluğunun qorunması üçün daima xüsusi heyətimiz müştərilərlə əlaqə saxlayır və buna nəzarət edir.
Gələcəkdə təbii ki “Avto Servislər” və “Avto Yuma” mərkəzlərinin açılması da proqramımızda var. Bu haqda müzakirələr aparırıq.