“Səviyyəsiz, lağlağı...” – Deputat İTV-ni sərt tənqid etdi


Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini deputat Fazil Mustafa bu günkü iclasda İctimai Televiziyanı sərt şəkildə tənqid edib.
Yeniavaz.com
xəbər verir ki, deputat parlamentdəki çıxışını öz feysbuk hesabında paylaşıb.
Deputat bildirib ki, İTV İsmayıl Ömərovun vaxtında öz işini tam funksional görə bilirdi. Ondan sonrakı dövrdə tamamilə bərbad vəziyyətə düşdü:
“Əgər İctimai televizya və radio öz funksiyasını lazımi səviyyədə yerinə yetirsəydi, media sahəsində bu qədər gərginlik, ziddiyyətlər olmazdı. Parlamentin fəaliyyətinin cəmiyyətə çatdırılmasında, bəlkə də, ən laqeyd rol alan televiziya İTV-dir. Bunlar millət vəkillərinin kollajını verirlər, onları ələ salmaqla elə bilirlər, bu lağlağı, səviyyəsiz yanaşma ilə hansısa bir şəkildə cəmiyyətdə reytinq qazanacaqlar. Parlamentdə səslənən fikirləri ictimaiyyətə çatdırmaq funksiyasını yerinə yetirmirsizsə, siz nəyə lazımsınız?! Necə olur ki, parlament saatını AZTV verir, İctimai TV parlamentlə bağlı geniş müzakirə verməyi özünə sığışdırmır? Siz kimsiniz ki? Burdakı ayrı-ayrı fikirləri niyə təqdim eləmirsiniz?”

DİGƏR XƏBƏRLƏR

Top