Avrora Qrup Yeni ildə uşaqların arzularını reallaşdırdı – FOTOLAR + VİDEO



Avrora Qrup “ASAN Məktub” sosial proqramı ilə birlikdə "www.asanmektub.az" saytına məktub göndərən 60 uşağın arzusunu reallaşdırıb.
Yeniavaz.com
xəbər verir ki, proqram çərçivəsində Sumqayıt, Salyan, Sabirabad, Bərdə və Şəki şəhərində yaşayan şəhid, qazi və aztəminatlı ailələrin uşaqlarına isti geyimlər, oyuncaqlar və məktəb ləvazimatları hədiyyə edilib. Sosial aksiyanın məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.
Qeyd edək ki, Avrora Qrup 2021-ci il ərzində "Korporativ sosial məsuliyyət proqramı"nda xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqları daim diqqət mərkəzində saxlayıb və 2022-ci ildə də silsilə tədbirlərin davam etdirilməsini nəzərdə tutub.






 

DİGƏR XƏBƏRLƏR

Top