Gəncədə bir qrup şəxs təltif edilib - FOTOLAR


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Gəncə şəhərinin ictimai-siyasi və iqtisadi həyatında fərqlənən bir qrup şəxsləri təltif edib. 
Yeniavaz.com
xəbər verir ki, əvvəlcə Gəncə Şəhər İcra Hakimiyyətində şəhər ziyalıları ilə görüşən Niyazi Bayramov onları qarşıdan gələn 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Gəncənin elm və mədəniyyət mərkəzi olduğunu bildirən şəhər rəhbəri ziyalıların bu istiqamətdə gördüyü əvəzsiz işlərin ölkə başçısı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Şəhər zialıları da öz növbələrində göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Görüşdə Niyazi Bayramov Gəncə Şəhər Ziyalılar Cəmiyyətinin üzvlərini Gəncə şəhərinin ictimai-siyasi həyatında göstərdikləri səmərəli fəaliyyətlərinə görə “Təşəkürnamə”lər ilə təltif edib.
Daha sonra, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov media nümayəndələri ilə görüşüb. Görüşdə Azərbaycanda fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin bölgə müxbirləri və yerli televiziya kanalının əməkdaşları iştirak edib. Niyazi Bayramov onlarla səmimi söhbət aparıb və bayramlarını təbrik edib. Eyni zamanda o bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Rəşadətli Ordmuzun gücü ilə qazanılan Qələbədə media nümayəndələrinin də böyük rolu var. Görüşün sonunda şəhər rəhbəri media nümayəndələri üçün zamanın önəmli olduğunu vurğulayaraq onlara qol saatı hədiyyə edib. Bununla yanaşı, Gəncə şəhərinin ictimai-siyasi həyatında baş verən hadisələrin dəqiq, operativ və qərəzsiz işıqlandırılması ilə əlaqədar olaraq “Təşəkkürnamə”lərlə də təltif edib.  
Eyni zamanda, Niyazi Bayramov Gəncə şəhərinin sosial-iqtisadi həyatında fərqlənən bir qrup sahibkarlarla da görüş keçirib. Görüş zamanı ölkədə sahibkarlara göstərilən diqqət və qayğıdan danışılıb, onlara gələcək işlərində uğurlar arzulanıb. Daha sonra, sahibkarlara Gəncə şəhərinin sosial-iqtisadi həyatında göstərdikləri səmərəli fəaliyyətlərinə görə Niyazi Bayramov tərəfindən “Təşəkkürnamə”lər təqdim edilib.


DİGƏR XƏBƏRLƏR

Top