İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib


İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibi dəyişib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında” qərar layihəsində əksini tapıb.
Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib. Beləliklə, namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüş Zeynalov Vüqar Eldar oğlu, namizədliyi Gənclər Təşkilatı tərəfindən irəli sürülmüş Əliyev Azər Ruslan oğlu, namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş Yusifova Sevil Şərif qızı 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiliblər.

DİGƏR XƏBƏRLƏR

Top