"Alov qüllələri”nin qarşısındakı partlayışla bağlı AÇIQLAMA


Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Alov qüllələri” hotelinin qarşısında baş verən partlayışla bağlı məlumat yayıb.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Yasamal rayonu, “Alov qüllələri” hotelinin yaxınlığındakı məşələ nəzarət edən Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən iş aparıldığını bildirib.
"Ehtiyatsızlıq səbəbindən qaz sızması baş verib. Nəticədə partlayış qeydə alınıb. Orada çalışan iki işçinin xəsarət alması barədə məlumat almışıq. Qeyd edim ki, sayğacdan sonrakı xətdə “Azəriqaz” İstehsalat Birliyinin heç bir nəzarət funksiyası yoxdur. Yəni məşələ qədər olan hissədə heç bir problem baş verməyib. Hər şey saz vəziyyətdə olub", - o vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top