Ərdoğan Azərbaycanla bağlı 2 sənədi təsdiqləyib


Türkiyə və Azərbaycan arasında 2 protokol təsdiqlənib.
Yeniavaz.com
xəbər verir ki, sənədlər Türkiyənin “Resmi Gazete”sində dərc olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Protokol”u təsdiqləyib.
Digər qərarla “Türkiyə-Azərbaycan quru nəqliyyatında birgə komissiya iclasının Protokolu” təsdiqlənib.

DİGƏR XƏBƏRLƏR

Top