ABŞ-dan Azərbaycanın 5 ermənini qaytarması ilə bağlı açıqlama


ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycanın 5 erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə səfirlik rəsmi tvitter hesabında paylaşım edib:
“Biz Azərbaycanın 2021-ci il noyabr ayının 16-da saxlanılan beş erməni hərbçini dekabrın 29-da geri qayıtması addımını alqışlayırıq”.
Qeyd edək ki, Azərbaycan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq 29 dekabr 2021-ci il tarixdə Macarıstan Respublikasının vasitəçiliyi ilə 5 nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil vermişdi. Həmin şəxslər 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan erməni əsilli hərbi qulluqçular idi.

DİGƏR XƏBƏRLƏR

Top