Jirinovski İlham Əliyevə məktub ünvanlayıb

Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yeniavaz.com xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm.

Siz gözəl bir ölkənin müdrik lideri kimi respublikada dəyişikliklər prosesinə sanballı töhfələr vermisiniz və bu gün çox mühüm dövlət proqramlarını həyata keçirməkdə davam edirsiniz. Əminəm ki, Siz əldə edilən nəticələrdən qürur duyursunuz, lakin daha çox nailiyyət əldə etmək inamı tükənməzdir. Ümidvaram ki, Sizin rəhbərliyinizlə dövlətlərimiz arasında münasibətlər qarşılıqlı hörmət əsasında daha faydalı xarakter daşıyacaqdır.

Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə böyük uğurlar, xalqınıza firavanlıq və tərəqqi arzulayıram”.

DİGƏR XƏBƏRLƏR

Top