Ermənilər Ağdamda "Bakcell" əməkdaşını vurdu - FOTO


Bu gün qanunsuz erməni silahlı qruplaşmaları Ağdamda "Bakcell" əməkdaşına atəş açıb.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, hadisə bu gün Ağdamın işğaldan azad edilmiş Yeddi xırman adlanan ərazisində qeydə alınıb.

Belə ki, ərazidə peşə fəaliyyəti ilə məşğul olan 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlu erməni silahlıları tərəfindən atəşə tutulub.

Nəticədə o, qolundan güllə yarası alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Onun həyatı təhlükəsinin olmadığı bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top