Rusiya hökuməti vətəndaşlıq almağı sadələşdirir


Rusiya prezidenti Vladimir Putin “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” əsas qanun layihəsini Dövlət Dumasına təqdim edib.
Yeniavaz.com
“Lenta.ru”ya istinadla xəbər verir ki, qanun layihəsi dövlət başçısına Rusiya vətəndaşlığını sadələşdirilmiş qaydada əldə etmək hüququ olan şəxslərin kateqoriyalarını müəyyən etmək üçün daha çox səlahiyyətlərin verilməsini təklif edir.
Verilən məlumata görə, ölkədə yaşayan, “pozitiv sosial əlaqələr sisteminə üzvi şəkildə inteqrasiya edə bilən və Rusiya cəmiyyətinin tamhüquqlu üzvlərinə çevrilə bilən” şəxslərə Rusiya vətəndaşlığının alınmasının sadələşdirilməsi təklif edilir.
Bundan əlavə, Rusiya vətəndaşlığına sahib olan qohumları olan şəxslər, könüllü köçürmə proqramının iştirakçıları olan keçmiş SSRİ vətəndaşları və onların uşaqları və Rusiya Federasiyasının indiki sərhədləri daxilində Rusiya İmperiyasında və ya SSRİ-də daimi yaşayanların nəsillərindən olan şəxslər bu imkana malik olacaqlar.
 

DİGƏR XƏBƏRLƏR

Top