Fələstin Prezidenti 11 ildən sonra İsrailə səfər etdi


Fələstin prezidenti Mahmud Abbas 11 ildən sonra ilk dəfə İsrailə rəsmi səfər edib.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat verib. Nazirlik bildirib ki, Fələstin Prezidenti səfər çərçivəsində İsrailin müdafiə naziri Benni Qantzla görüşüb.
Sözügedən görüş zamanı təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, regionda sabitliyin təmin edilməsi, terror və zorakılığın qarşısının alınması ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, Fələstin prezidenti sonuncu dəfə 2010-cu ildə sülh danışıqları çərçivəsində İsrailə rəsmi səfər etmişdi.

 

DİGƏR XƏBƏRLƏR

Top