Braziliyada 2 tona yaxın kokain ələ keçirildi


Braziliya gömrük xidməti ölkənin ən böyük limanı Santos San-Paulu əyalətində 2 tona yaxın kokain aşkarlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Globo” telekanalı məlumat yayıb .
Qeyd olunub ki, İspaniyaya göndərilmək üçün nəzərdə tutulmuş portağal suyu olan konteynerdə 700 kq-dan çox narkotik maddə gizlədilib. Afrikaya gedən şəkər konteynerində isə yarım tondan çox kokain aşkar edilib. Bir gün əvvəl də qəhvə partiyasında daha 560 kq narkotik ələ keçirilib.
 

DİGƏR XƏBƏRLƏR

Top