Bayden sabah Putinə zəng edəcək


ABŞ prezidenti Co Bayden dekabrın 30-u Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telekanalı Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Emili Horna istinadən məlumat verib.
“Bayden bu söhbəti aparmaq istəyir, çünki o hesab edir ki, liderlər arasında birbaşa dialoqu heç nə əvəz edə bilməz”-deyə xəbərdə bildirilib.
Ağ Ev də Baydenin Putinlə telefon danışığı aparacağını təsdiqləyib. 

 

DİGƏR XƏBƏRLƏR

Top