"Forbes" jurnalının siyahısında olan 104 rusiyalı milyarderdən 70-i bu il ərzində sərvətlərini 101,39 milyard dollar artıraraq 576,72 milyard dollara çatdırıb.
Yeniavaz.com “Forbes.ru”ya istinadla xəbər verir ki, təkcə ən uğurlu 10 milyarder öz kapitalını 74,51 mlrd. dollar artırıb.
Siyahıya əsasən, bu il ən çox sərvətini artıran şəxs “Telegram”ın qurucusu Pavel Durov (+13,81 milyard dollar) olub. Durovdan sonra 11,92 milyard dollarlıq artım ilə "Wildberries" e-ticarət şirkətinin rəhbəri Tatyana Bakalçuk 2-ci yeri tutub.
"Avroxim"in İdarə Heyətinin üzvü Andrey Melniçenko (+10,6 milyard dollar) 3-cü yerin, Aleksey Mordaşov isə (+6,83 milyard dollar) 4-cü yerin sahibi olub.
Rusiyanın ən böyük özəl neft-qaz şirkəti olan "Lukoil"un rəhbəri Azərbaycan əsilli Vahid Ələkbərov sözügedən reytinqdə 5-ci olub. O, bu il sərvətini 6,44 milyard dollar artıraraq 26,16 milyard dollara çatdırıb.